Avtomobillərin ehtiyat hissələrini oğurlayan şəxslər iş başında tutuldular - Bakıda
1604
Bu gün gecə saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu 20 yanvar küçəsində avtomobilləri qarət etməkdə şübhəli bilinən 2 nəfər tutulub. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat nəticəsində Yevlax şəhər sakinləri 1986-cı il təvəllüdlü Sakit Məmmədov və 1992-ci il təvəllüdlü Rasim Məmmədov qardaşları yaxalanıblar. Şahidlərin verdikləri məlumata görə, qardaşlar cinayət törətdikləri zaman ələ keçiblər. Onların kirayə qaldıqları mənzilin zirzəmisində xeyli sayda avtomobil ehtiyat hissələri və bəzək aksessuarları aşkar olunaraq müsadirə edilib. Cinayətkar qardaşların başqa cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.