Toy etmək istəyənlər bölməyə gətirildi: 60 nəfər saxlanıldı
1619
Bakıda restoranların birində toy mərasimi keçirməyə cəhd olunub.
Suraxanı rayonunda yerləşən “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısı polis tərəfindən alınıb.
Toy mərasiminin təşkilatçı və 60-a yaxın şəxs saxlanılaraq 31-ci Polis Bölməsinə gətiriliblər.
Hazırda bölmədə xüsusi karantin rejimi qaydalalarını pozaraq toy mərasimi keçirməyə cəhd edənlər, təşkilatçılar, iştirakçılar və restoranın rəhbərliyi barədə qanunauyğun olaraq tədbir görülür.