Axtarışda olan Salyan sakini xəstəxanadan qaçıb
1682
Salyanda bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən şəxs xəstəxanadan qaçıb.
Həmin şəxsin 2017-ci ilin dekabrında mənzildən pul oğurlamaqda şübhəli bilinən və barəsində axtarış elan edilən Salyan şəhər sakini, 1988-ci il təvəllüdlü Qəmbərov Həsən Sakit oğlu olduğu müəyyənləşib.
Məlum olub ki, o, aprelin 20-də polis tərəfindən saxlanılarkən özünə bıçaqla xəsarət yetirib. Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Həsən Qəmbərova tibbi yardım göstərilərək cərrahiyə şöbəsinə yerləşdirilib və o, bu gecə müəmmalı şəraitdə xəstəxanadan qaçıb.