\
24 Noyabr 2024 - Bazar günü

Kürdəmirdə evi tərk edən COVID-19 xəstəsi saxlanılıb

Kürdəmirdə evi tərk edən COVID-19 xəstəsi saxlanılıb
1008baxış

Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Dəyirmanlı kənd sakini, 1985-ci il təvəllüdlü Bayramov Tural Əlikram oğlu COVID-19 virusunun daşıyıcısı olduğu halda yaşayış yerini tərk etdiyi üçün saxlanılıb.

Dekabrın 17-də Tural Bayramovun COVID-19 xəstəliyi ilə bağlı verdiyi testin cavabı müsbət çıxıb. Buna görə də həkimlər ona 14 gün evdə qalaraq müalicə olunmasını və çölə çıxmamasını tövsiyə ediblər. Lakin həkimlərin tövsiyəsinə məhəl qoymayan Tural Bayramov yaşadığı yeri tərk edərək virusun digər insanlara yayılma təhlükəsi yaradıb.

Polis əməkdaşları dərhal Tural Bayramovun yerini təsbit edərək saxlayıb və profilaktik söhbətlər etdikdən sonra onu yaşadığı evə geri qaytarıblar. Hazırda faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.