\
2 Oktyabr 2024 - Çərşənbə

Abşeronda axtarışda olan şəxs tutulub

Abşeronda axtarışda olan şəxs tutulub
1605baxış

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan İ.Süleymanov saxlanılıb.

Bu barədə Mediapress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, ətrafında aparılan tədbirlərlə onun Saray qəsəbəsi ərazisində 5 həyətyanı sahədən ümumilikdə 5 velosiped oğurlaması da müəyyən edilib.