Polisin nəzarətinə alınmış QHT rəhbərinin məhkəməsi başladı
1732
Bu gün QHT rəhbəri Kəmalə Ağazadənin məhkəməsi başlayıb. Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadənin barəsindəki cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zeynal Ağayevin icraatında araşdırılacaq. Məhkəmənin hazırlıq iclası aprelin 30-na təyin edilib.
Xatırladaq ki, K.Ağazadə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.