Moteldə arvadını 18 bıçaq zərbəsi ilə öldürənin məhkəməsi başlayır
Bakıda arvadını qəsdən öldürməkdə təqsirləndirilən Murad Şamilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Azər Paşayevin icraatındadır.
Qeyd edək ki, hadisə ötən il Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən “Salt” hotelində qətl hadisəsi baş verib.
Sentyabrın 3-də gecə saat 02.00-da 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Şahanə Şamilovaya 18 bıçaq xəsarəti yetirib.
Qadın hadisə yerindəcə ölüb və kişi polisə gedərək törətdiyi əməli etiraf edib.
Məlum olub ki, cütlük ayrı yaşayıb. Şahanə Şamilova boşanma üçün məhkəməyə müraciət edib.
Qətl hadisəsindən əvvəl Murad Şamilov ona zəng vurub və boşanma ilə bağlı danışmaq üçün “Salt” hotelində görüş təyin edib.Qadın onun təklifini qəbul edib və görüş faciə ilə bitib.
Onların iki azyaşlı övladı var.
Murad Şamilova barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.