\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Gəncədə keçmiş məhkum 40 min manatlıq heroinlə tutuldu

Gəncədə keçmiş məhkum 40 min manatlıq heroinlə tutuldu
1482baxış

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “qara bazar”da təxmini qiyməti 40 000 manat olan, külli miqdarda narkotik maddə heroin dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məhərrəm Əliyev şəhər ərazisində saxlanılaraq ŞBPİ-yə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir ədəd kağız bükümdə, çəkisi 2 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin şəhər ərazisindəki mənzilinə baxış keçirilən zaman, oradan da sellofan torbada çəkisi 578 qram narkotik maddə heroin aşkar edilib.

Götürülən maddi sübutlar ekspertiziyaya təqdim edilib. M.Əliyev barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.