Masallıda gizli toy mərasimi təşkil edənlər cərimələndi
1578
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Masallı şəhər sakini İ.Vəliyevin karantin rejiminin qaydalarını pozaraq qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Bu barədə DİN-in Lənkəran Regional Qrupundan məlumat verilib.
Polis əməkdaşları tərəfindən məclisdə iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub. On üç nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanunamüvafiq tədbirlər görülüb