DİN "Safe Life" MMC-ni CƏRİMƏLƏDİ
Dövlət Yol Polisi (DYP) "Safe Life" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində inzibati qaydada protokol tərtib edib.
Unikal.org-un məlumatına görə, protokolla bağlı qərar verilməsi üçün Binəqədi rayon məhkəməsinə müraciət edilib. İşə hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.
"Safe Life" MMC İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.
Qeyd edək ki, bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir