Qonşusunu döyüb öldürənə 13 il cəza kəsildi
Qonşusunu döyüb öldürən şəxsə ağır cəza istənildi.
Mediapress.az verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şöhrət Qədimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Ş.Qədimov 13 il müddətinə azadlıqdan məhrum edilib
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Ş.Qədimovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Hadisə ötən il Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib.
Quşçuluq sovxozunda yaşayan 30 yaşlı Qədimov Şöhrət Zülfani oğlu qonşusu Şeydə Məmmədovu döyüb. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Ş.Qədimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) və 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham olunur.