\
23 Noyabr 2024 - Şənbə

Reketlik edən Ata Abdullayev məhkəmədə diz çökərək yalvardı

Reketlik edən Ata Abdullayev məhkəmədə diz çökərək yalvardı
1484baxış

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Ata Abdullayev barəsində həbs qərarı verilib.

 
Mediapress.az xəbər verir ki, dünən axşam saatlarında DTX-nin İstintaq orqanının vəsatəti əsasında prokuror məhkəməyə təqdimat verərək A.Abdullayevin 4 ay müddətinə həbs edilməsini istəyib.
 
Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova istintaqın təqdimatını təmin edərək Ata Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
 
Məhkəmə prosesində çıxış üçün söz verilərkən Ata Abdullayev zalda diz çöküb yalvararaq hakimdən onu bağışlamasını xahiş edib.
 
Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddələri ilə ittiham edilir.
 
İlkin məlumata görə, A.Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir.
 
(Qafqazinfo)