\
23 Noyabr 2024 - Şənbə

Tərtərdə toy məclisi təşkil edən şəxslər müəyyən edildi

Tərtərdə toy məclisi təşkil edən şəxslər müəyyən edildi
1498baxış

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Mediapress.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Cəmilli kənd sakini Firdovsi Rüstəmovun yaşadığı evdə qonaqların iştirakı ilə övladı üçün yığcam toy məclisi təşkil etmək istədiyi müəyyən olunub.

Polis əməkdaşları F.Rüstəmovla profilaktiki səpkidə söhbətlər aparıb, ona xəbərdarlıq edilib, məclisin keçirilməsi isə dayandırlıb.