\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Mədəniyyət sarayından 28 000 manat dəyərində musiqi avadanlığı oğurlayan şəxs tutulub

Mədəniyyət sarayından 28 000 manat dəyərində musiqi avadanlığı oğurlayan şəxs tutulub
1576baxış

Bakıda Mədəniyyət sarayından oğurluq olub.

Bu barədə Mediapress.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mərdəkan qəsəbəsi ərazisində yerləşən Mədəniyyət sarayından 28 000 manat dəyərində musiqi avadanlığı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini V.Yarıyev saxlanılıb.