Bərdədə 48 yaşlı kişi güllələnib
1831
Bərdə rayon sakini güllə yarasından ölüb.
Hadisə rayonun İmirli kəndində baş verib. Kənd sakini, 48 yaşlı Nurəliyev Azər Məhəmmədəli oğlu Bərdə Mərkəzi rayon Xəstəxanasına güllə yarası ilə daxil olub. Həkimlər onu xilas edə bilməyib.
Kənd sakinlərinin APA-ya verdiyi xəbərə görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.