\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

İsmayıl Vəliyevin kimlərdən rüşvət aldığı məlum olub

İsmayıl Vəliyevin kimlərdən rüşvət aldığı məlum olub
1469baxış

Anar Cəfərov İsmayıl Vəliyevin tapşırığı ilə rayonun Xıllı qəsəbə bələdiyyəsinin sədri Muxtar Rəsulovdan 2015-ci ildə maneəsiz fəaliyyət göstərməsinə görə 2 min manat rüşvət alaraq icra başçısına verib. Adıçəkilən şəxs eyni məbləğdə pulu həmin adamdan oxşar məqsəd üçün 2020-ci ildə də tələb edərək alıb.

Bundan başqa, A.Cəfərov rayonun Tatarməhlə kənd bələdiyyəsinin sədri Qabil Mehdiyevin xidməti fəaliyyətində edəcəyi hərəkətlərə laqeydlik göstərmək və himayədarlıq etmək üçün ondan 6 min manat rüşvət alaraq İsmayıl Vəliyevə verib.  A.Cəfərov Q. Mehdiyevdən 2020-ci ildə də himayədarlıq məqsədilə 6 min manatı təkrar alaraq icra başçısına verib.

Həmin kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Nəzirov da oxşar məqsədlər üçün icra başçısına Anar Cəfərov vasitəsilə 6 min manat rüşvət verib.