\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Balakəndə gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlandı

Balakəndə gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlandı
1446baxış

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyən kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Mediapress.az-a verilən məlumata görə, rayonun Qazma kəndində yerləşən “Yeni məkan” adlı kafenin gecə saat 12-dən sonra gizli şəkildə fəaliyyət göstərdiyi müəyyən edilib.

Obyekti icarə əsasında işlədən Ramazan Nuriyev və orada olan müştərilər barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib.