Vəkilin qohumunu öz kirvəsi güllələdi - Dəhşətli faciə - FOTOLAR
Bərdə rayonunun İmirli kəndində ötən gün dəhşətli faciə baş verib.
Tanınmış vəkil Səməd Vəkilovun verdiyi məlumata görə, kənd sakini Asif Nəsib oğlu Hümbətov qonşusu, 1968-ci il təvəllüdlü Azər Məhəmmədəli oğlu Nurəliyevi güllələyib.
Yaxın qonşu, dost və kirvə olan Asif Hümbətovla Azər Nurəliyev ötən gün quduzlaşdığı düşünülən və uşaqları qapmasından ehtiyat etdikləri iti vurmağa qərar veriblər. Bu məqsədlə A.Hümbətov qanuni ov tüfəngini götürüb və bu zaman təsadüfən açılan güllə A.Nurəliyevi ağır yaralayıb. Yaralı təcili Bərdə Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra qırmanın arterial damara dəydiyini bildiriblər və yaralının Gəncə Şəhər Xəstəcanasına aparılmasını məsləhət görüblər. Gəncəyə gedərkən A.Nurəliyev yolda dünyasını dəyişib.
Baş vermiş hadisə ilə əlaqədar Bərdə Prokurorluğunda CM-nin “ehtiyatsızlıqdan insan ölümünə səbəb olma” maddəsi ilə cinayət işi açılıb. Dostu və kirvəsinin ölümünə səbəb olan A.Hümbətovun hadisədən sarsıldığı, prokurorluqdan ayrılmadığı və öz həbsi üçün hüquq-mühafizə orqanlarından xahiş etməsi xəbəri kənd sakinlərini üzüb.
Mərhum bu gün dəfn olunub.
Qeyd edək ki, Azər Nurəliyev tanınmış hüquqşünas Səməd Vəkilovun bibisi nəvəsidir. (axar)