Bakıda 10 min manatlıq seyfi yaran yeniyetmələr saxlanıldı
1939
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 3 yeniyetmə saxlanılıb.
DİN-in mətbuat xidmətindən Mediapress.az-a verilən məlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan yeniyetmələr aprelin 27-də rayon ərazisindəki evlərin birindən kəmər və 700 manat dəyərində qızıl saat oğurlamaqda, habelə dəyəri 10.000 manat olan seyfi yararsız hala salmaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırma davam edir.