\
23 Noyabr 2024 - Şənbə

Ötən gün ictimai yerlərdə 18 nəfər aktiv koronavirus xəstəsi saxlanıldı

Ötən gün ictimai yerlərdə 18 nəfər aktiv koronavirus xəstəsi saxlanıldı
1451baxış

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 9-da respublika ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN-dən verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkləyaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərininpozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaqaraşdırmaları davam etdirilir.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.