Tanınmış müğənni arvadının görüşdüyü kişini öldürdü - Şok detallar üzə çıxdı
1700
Arvadı ilə sevgili olduğu iddiasıyla vəkil Onur Evrim Demiri öldürən tanınmış müğənni Emrah Dinçer həbs olunub.
Ankara Baş prokurorluğunda 2016-cı ilin avqust ayında vəkil Onur Evrim Demirin vəhşicəsinə öldürülməsi ilə bağlı istintaq prosesi yekunlaşıb. Qətli törətməkdə təqsirləndirilən müğənni Emrah Dinçer ilə cəsədin gizlədilməsinə kömək etdiyi irəli sürülən vəkil Şükrü Açıkbaş hakim qarşısına çıxarılıb.
İddianamədə arvadı ilə birlikdə olduğu üçün Demiri başından ağac parçası ilə vuraraq öldürən Dinçerin daha sonra Açıkbaşı çağıraraq cəsədi birlikdə bir dərə kənarına atdıqları məlumatı yer alıb.
Demirin cəsədinin yanında tapılan bir taxta parçasının Dinçerin evindəki araşdırma zamanı ələ keçirilən odunun bir hissəsi olması ilə qətlin üstü açılıb. (milli)