Bakıda "Kalaşnikov"la gəzən şəxs yaxalandı
Paytaxtın Nizami rayonunda qanunsuz odlu silah-sursatının aşkar edilməsi istiqamətində əməliyyat keçirilib.
DİN-in Mətbuat xidmətindən Mediapress.az-a verilən məluumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əmakdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz AKM tipli avtomat gəzdirməkdə şübhəli bilinən 27 yaşlı paytaxt sakini Renat Həmzəyev müəyyən olunaraq tutulub.
Əvvəllər Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə), 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) madddələri ilə məhkum olunan R.Həmzəyev silahı tanımadığı şəxsdən aldığını və digər şəxsə satmaq üçün apardığını bildirib.
Qanunsuz odlu silah gəzdirən şəxslə bağlı əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.