"Gey" əxlaqsız təklifə görə bıçaqlandı! - BİNƏQƏDİDƏ
1732
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
“Report” xəbər verir ki, 1994- cü il təvəllüdlü Qurbanov Şükran Bəkir oğlu Azadlıq prospektində naməlum şəxslə əlbəyaxa dava edib. Nəticədə Ş.Qurbanov boğazından bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.
Hadisəyə səbəb cinsi azlıq nümayəndəsi olan zərərçəkmişin naməlum şəxsə əxlaqdan kənar təklif etməsi olub.