\
25 Noyabr 2024 - Bazar ertəsi

40 illik həyat yoldaşını çəkiclə öldürdü - Qatil peşman deyil

40 illik həyat yoldaşını çəkiclə öldürdü - Qatil peşman deyil
1894baxış

Türkiyənin Çorum şəhərində 40 ildir evli olduğu həyat yoldaşını başına çəkic vurub öldürən yaşlı kişi məhkəməyə aparılarkən heç peşman olmadığını deyib.

64 yaşlı şübhəli dörd övladının anasını çəkiclə öldürdükdən sonra polisə təslim olub, məhkəməyə aparılarkən jurnalistlərin “peşmansınız” sualına “peşman deyiləm” deyib.

Polis mərkəzinə gələn qocanın etirafından dərhal sonra hadisə yerinə gedən polislər Hənifə xanımı yataq otağında ölü tapıb.

Cinayətkar uzun müddətdir həyat yoldaşı ilə yola gedə bilmədiyi üçün onu öldürdüyü deyib. (minval)

Mediapress.az