\
25 Noyabr 2024 - Bazar ertəsi

"Borcunun yerinə arvadını təklif etdi, ona görə də öldürdüm!"

"Borcunun yerinə arvadını təklif etdi, ona görə də öldürdüm!"
1617baxış

Qaynını öldürməkdə təqsirləndirilən Seymur Abıyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. S.Abıyev özünü təqsirli bilib: "Milyon faiz günahkaram".

S.Abıyev ifadə verməkdən öncə mərhumun atasının zaldan çıxmasını xahiş edib. Lakin hüquqi varis zaldan çıxarılmayıb.Təqsirləndirilən şəxs Amin Bayramovu öldürməyinin səbəbini açıqlayıb: "Borcu var idi. Söhbət edəndə dedi ki, arvadımdan xoşun gəlir? Mən də bunu başa saldım ki, ayıbdır. Sonra gedib adama bir pivə aldıq. İçəndən sonra yenə borcunun qarşılığında arvadını təklif etdi. O an beynim çöndü. Dəmiri yerdən götürüb, bir neçə dəfə vurdum. Elə vuran kimi də öldü. Həyətdə yer qazıb basdırdım".

Qeyd edək ki, ötən il Bilgəh qəsəbə sakini Nəzakət Bayramova Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək, oğlu Amin Bayramovun itkin düşdüyünü - bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib. Amin Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu Seymur Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra sonuncu şəxs barəsində hər hansı məlumatın olmadığı müəyyən edilib. A.Bayramovun avqustun 12-də Binə qəsəbəsində S.Abıyev tərəfindən küt alətlə qətlə yetirilərək həyətdə basdırıldığı müəyyən edilib. (lent)

Mediapress.az