\
29 Sentyabr 2024 - Bazar günü

Vətən müharibəsi iştirakçısı intihar etdi

Vətən müharibəsi iştirakçısı intihar etdi
1797baxış

Şirvanda 33 yaşlı kişi intihar edib.

Mediapress.az-ın məlumatına görə, Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətindəki çardaqdan asıb.

Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Cəlilov Vətən müharibəsində könüllü iştirak edib. İyunun 24-də Qubadlı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib.