Məşhur iş adamının qərəzli həbsi - ESKSLÜZİV - xanımı intihara əl atacağı haqda məktub yazıb
Bir neçə gündür Xəzər Rayon Məhkəməsində tanınmış iş adamı, istehsalat, kənd təsərrüfat, əyləncə, turizm sektoru üzrə fəaliyyət göstərən “Şahin” şirkətlər qrupunun prezidenti – Hüseynli Şahin Rabil oğlunun məhkəməsi gedir. Qərəzli surətdə aparılan məhkəmə prosesinin səbəbi haqda qısa AÇIQLAMA verək:
Əvvəllər ailəli olan Şahin Hüseynli, sonradan boşansa da, keçmiş xanımına və dörd övladına qarşı mehriban və qayğıkeş bir atadır. Uzun müddət subay olan H.Şahin sevib seçdiyi bir xanımla kəbin kəsdirərək bir yerdə yaşamağa başlayıb. Lakin nağıllardakı kimi bir sevgi yaşayan bu cütlük arasında baş verən hadisə, Şahinin Hüseynli tutulmasına və cütlüyün ayrılmasına səbəb olub.
HADİSƏ BAŞ VERƏN GÜN:
21.07.2017-ci il tarixində Ş.Hüseynli və xanımı F. Ə. (ad-soyad şərtidir) “Mayak bağları” adlanan ərazidəki bağ evlərinə gediblər. Şahin Hüseynli ilə salamlaşan bağban, ona stolu düzəltdiyini deyərək qonşu bağa yollanıb. Həyat yoldaşı ilə birgə istirahət edən zaman, Şahin Hüseynlinin telefonunda gördüyü şəkili qısqanan F.Ə mübahisəyə başlayıb. Yoldaşını sakitləşdirməyə çalışan Şahin Hüseynli əsəbləşərək, affekt vəziyyətinə düşüb və o, hisslərinə hakim ola bilmədiyindən bıçağa əl atıb. Stolun üzərində olan ov bıçağı ilə F.Ə.-ya yüngül xəsarətlər yetirib. Sonradan əməlinə görə peşmançılıq hissi yaşayan bağ sahibi dərhal bağbanın əl telefonuna zəng vuraraq, spirt və bez istəyib.Şahin Hüseynli F.Ə – nın yaralarını özü sarıyıb və sürücüsünü çağıraraq evə yollayıb. Buna baxmayaraq, həmin hadisəyə görə sevdiyi insana qarşı hədsiz kinli olan, həmçinin qarşı tərəfdən hələ də üzrhaqlıq edilmədiyini görən xanım F.Ə. üç gündən sonra lazımi orqanlara Ş.Hüseynli haqda şikayət ərizəsi ilə müraciət edib. Beləcə, “Şahin” şirkətlər qrupunun prezidenti Şahin Hüseynli haqda24.07.2017 – ci il tarixindən AR CM-nin 221.3. maddəsi ilə üç ay müddətindən hebs qətimkan tədbiri seçilib. Xatırladaq ki, iş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Müşfiq Qocayevə həvalə edilib.
İlk olaraq şikayətçi olan qarşı tərəf – yəni F.Ə. şikayət ərizəsini geri götürüb. İfadəsində isə qeyd edib ki, həyat yoldaşına əsəbi olduğu və ondan qisas almaq məqsədilə şikayət erizəsi verib. Cütlük hal hazırda barışıb və onlar yenidən həyatlarına birgə davam etməyə qərar veriblər.
Lakin məhkəmə nədənsə, artıq beş aydır içəridə olan Şahin Hüseynlinin ailə daxilində baş verən hadisəsini “xuliqanlıq” kimi qiymətləndirərək 221.3 ilə onu təqsirli bilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun 23 mart 2004-cü il tarixli, 1 №-li Qərarı “Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, Ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərərkətlər xuliqanlıq kimi qiymətləndirilmir”
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, “Şahin” şirkətlər qrupunun prezidentinə qarşı qərəzli istintaq işi aparılıb və o, qəsdən AR CM-nin 221.3. maddəsi (xuliqanlıq) ilə ittiham olunub.
İş artıq məhkəməyə verilib. Və vəkillərin cədhlərinə, qanunvericiliyə dayanmış maddələri əsas gətirməsinə baxmayaraq, yenə də məhkəmə heyəti qərəzli mövqedə dayanmaqdadır.
Xatırladaq ki, iş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Müşfiq Qocayevə həvalə edilib.
Bildiyimiz kimi, hakimlər ədalət mühakiməsini həyata keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir.
Azərbaycan Respublikasının bütün hakimləri (məhkəmələrin sədrləri, sədr müavinləri, kollegiya sədrləri və hakimləri) işlərə baxarkən eyni statusa, hüquq və vəzifələrə malikdirlər və bir-birindən yalnız təyin olunma qaydasına, səlahiyyətlərinə və səlahiyyət müddətlərinə görə fərqlənirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda qəbul olunmuş qərarlardan başqa bütün digər kollegial məhkəmə qərarlarına görə onların qəbul olunmasında iştirak etmiş hər bir hakim (qərar qəbul edilərkən xüsusi rəy və ya belə qərarın əleyhinə səs vermiş hakim istisna olmaqla) eyni dərəcədə məsuldur.
TƏQSİRLƏNDİRİLƏN ŞƏXS KİMDİR?
Şahin Hüseynli 1972-ci ildə Bakı şəhərində anadan olub. Məktəbi qızıl medalla bitirərək BDU – nin hüquq fakultəsinə daxil olub. Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat –axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsinə təyin edilib. Şahin Hüseynli 1995 - 2005 – ci illərdə Azərbaycan Respublikası Prokurorluq orqanlarında çalışıb.
Şahin Hüseynli el arasında xeyriyyəçi kimi də tanınır. O, hətta atılmış uşaq evlərindən birini öz himayəsinə götürüb. Yüzlərlə insanı işlə təmin edib. Daima səngərdə vətənə qulluq edən əsgərlərə bayram hədiyyələri göndərib. Bir neçə şəhid ailəsinə maddi yardım göstərməyə davam edib. Qarabağ veteranlarının əməliyyatlarının xərclərini qarşılayıb.
Əlavə edək ki, bu qanunsuzluqlardan cana doyan Şahin Hüseynlinin həyat yoldaşı F.Ə özünə qəsd etməyə qərar verib. İntihar məktubu yazan F.Ə əgər haqsız yerə yoldaşı həbs olunarsa, özünü öldürəcəyini bildirib.
İNTİHAR MƏKTUBU:
“... Artıq son qərarımı vermişəm. Sevdiyim insanın haqsız yerə tutulmağını görməkdənsə ölümü seçirəm. Bu məktubu yazmaqda məqsədim mən öldükdən sonra ölümümün günahkarları araşdırılsın və canımdan çox sevdiyim insan azadlığa çıxsın. Ölümümün günahkarları, prokurorluq, və Xəzər Rayon Məhkəməsinin Hakimi Zeynəb Axundovadır!
P.S. Əlavə edək ki, Hüseynli Şahinin ölkənin bir sıra iri ranqlı məmurları ilə də yaxın qohumluq əlaqələrinə malik olduğu söylənilir. Bu istiqamətdə araşdırmalarımızı davam etdirəcəyik.
Hazırladı: Könül AYPARA