Generalın rəis qardaşı xidməti otağında özünü güllələdi
1545
Bakıda polis bölməsinin rəisi intihar edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mediapress.az-a verilən məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılr.
Rahib Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. S. Mirzəyev hazırda təqaüddədir.