\
29 Sentyabr 2024 - Bazar günü

BDU-nun rektorunun müşaviri bıçaqlanılıb

BDU-nun rektorunun müşaviri bıçaqlanılıb
1509baxış

Bakı Dövlət Universitetinin rektorunun (BDU) Maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev KİV-ə bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü İsimxan Mirzəyev polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.

"Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - E.Hacıyev bildirib.

Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yayıb.