\
23 Noyabr 2024 - Şənbə

21 yaşlı qadın oteldə başından vuruldu - Foto

21 yaşlı qadın oteldə başından vuruldu - Foto
1962baxış

Türkiyədən günlərdir ard-arda gələn qadınlara qarşı zorakılıq və ölüm xəbərləri hər  kəsi  sarsıdıb.

Unikal.org xəbər verir ki, bu  gün səhər  saatlarında da 21 yaşlı qadın başında silahla vurulub. Belə ki, 21 yaşlı Şenay Ay,  sevgilisi 25 yaşlı Muhammet Sayınla birlikdə otellərin birində  gecələyiblər. 

Lakin səhər saatlarında gələn silah səsi  hər kəsi  dəhşətə  salıb. Muhammet Sayın hamam otağında olarkən, sevgilisi 21 yaşlı Şenya silahla özünü  başından vurub.  Oğlan qızı  xilas etmək üçün qısa zamanda  xəstəxanaya çatdırıb.  Həkimlər  onu reanimasiya şöbəsinə  alıblar. Qızın həyatını  xilas etmək mümkün olub. 

Şenay Ayın hansı səbəbdən özünə qəsd etməsi məlum deyil.  Bununla yanaşı, qızın sevgilsi  şübhəli qismində  saxlanılıb. O, hadisədən xəbərsiz olduğunu dilə gətirsə də, barəsində  qətimkan tədbiri  seçilib.  

 Faktla bağlı araşdırma aparılır.