Gözəllik salonlarında arıqlama dərmanı adı ilə “patı” satılır” - VİDEO - DİN rəsmisi
1527
"Bəzi gözəllik salonlarında qadınlara arıqlama dərmanı adı altında patı satılır".
Mediapress.az xəbər verir ki, bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, DİN-ə bununla bağlı faktlar daxil olub:
“Gözəllik salonlarında belə hallar müşahidə edilib. Bununla bağlı araşdırmalar aparılıb. Müvafiq tədbirlər görülərək qarşısı alınıb və həmin şəxslər məsuliyyətə cəlb olunublar
Onlar bu maddəni satarkən narkotik olduğunu demirlər. Bu metamfetamindir, insan həyatı üçün çox təhlükəlidir. Xüsusən valideynlər diqqətli olmalıdırlar. Bu uşaqlarımız, övladlarımız üçün tələdir. Onlarla münasibətdə diqqətli olmalıyıq. Davranışlarına, gündəlik həyat tərzlərinə fikir verməliyik. Xarakterlərində, davranışlarında hansısa dəyişiklik olarsa mütləq onu yoxlatdırsınlar. Əgər imkanları olmasa, gücləri çatmasa, dövlətə müraciət etsinlər. Dövlət tərəfindən müvafiq qaydada bütün lazımi tədbirlər, köməkliklər göstəriləcək”.