\
28 Sentyabr 2024 - Şənbə

Biləsuvarda qadın övladını su kanalına atıb, körpə boğularaq ölüb - Foto

Biləsuvarda qadın övladını su kanalına atıb, körpə boğularaq ölüb - Foto
1576baxış

Biləsuvar rayonunda dəhşətli hadisə baş verib.

Mediapress.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.