\
25 Noyabr 2024 - Bazar ertəsi

73 yaşlı kişi, oğlu və gəlini diri-diri yandı - Azərbaycanda ailə faciəsi

73 yaşlı kişi, oğlu və gəlini diri-diri yandı - Azərbaycanda ailə faciəsi
1808baxış

Mayın 8-də saat 2 radələrində Masallı rayonunda dəhşətli yanğın hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, hadisə Təzə Alvadı kəndində qeydə alınıb.

Həmin kənddə yaşayan 73 yaşlı Kamran Əzimovun ümumi sahəsi 120 kvm olan 2 mərtəbəli evində yanğın baş verib. Yanıq xəsarəti almış K.Əzimov xəstəxanaya yerləşdirilib və orada ölüb.
Yanğın söndürüldükdən sonra K.Əzimovun oğlu Namiqin və gəlini Zeynəbin yanmış meyitləri tapılmışdır.

Faktla bağlı araşdırma aparılır.