\
28 Sentyabr 2024 - Şənbə

"Yeni klinika"nın rəhbəri polisə müraciət edib

"Yeni klinika"nın rəhbəri polisə müraciət edib
1649baxış

Dünən Yeni Klinikada oğurluq hadisəsi baş verib.

 
Hadisə nəticəsində tibb müəssisəsindən 3 ədəd televizor, həmçinin 3 kompüter oğurlanıb.
 
Bununla bağlı olaraq Klinikanın rəhbəri vəzifəsini icra edən Musa Abbasov polisə müraciət edib.
 
O, müraciətində bildirib ki, oğurluq edən şəxslər Klinikanın fəhlələridir. Belə ki, müəssisədə fəhlə kimi çalışan - Sabir Mehdiyev, Fərhad Şabani və Azər Abdulzadə adlı şəxslər klinikanın avadanlıqlarını oğurlayıblar.
 
Qeyd edək ki, yeni klinika ötən ilin mart ayında fəaliyyətə başlayıb. Bu müəssisədə koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alırlar.