\
28 Sentyabr 2024 - Şənbə

Həftəsonu 119 nəfər toylara buraxılmadı - DİN

Həftəsonu 119 nəfər toylara buraxılmadı - DİN
1480baxış

vqustun 21 və 22-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 38 toy şənliyinin monitorinqini həyata keçirib.

 
Daxili İşlər Nazirliyindən Mediapress.az-a bildirilib ki, monitorinq 24 şadlıq sarayında, 14 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
 
- 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
 
- 119 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.