\
28 Sentyabr 2024 - Şənbə

Pasportu olmayan 12 nəfər toya buraxılmadı - DİN

Pasportu olmayan 12 nəfər toya buraxılmadı - DİN
1558baxış
Avqustun 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 3 toy şənliyinin monitorinqini həyata keçirib.
 
DİN-dən Mediapress.az-a verilən məlumat görə, monitorinq 1 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
 
- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
 
- 12 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.