\
28 Sentyabr 2024 - Şənbə

Bakıdakı “Berlin pub” klubunda qətl! - Mühafizəçi müştərini döyüb öldürdü

Bakıdakı “Berlin pub” klubunda qətl! - Mühafizəçi müştərini döyüb öldürdü
1635baxış

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

 
Mediapress.az APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə alınıb. Belə ki, “Berlin pub” klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb. O.Şahbazov saxlanılıb.