\
28 Sentyabr 2024 - Şənbə

Klubda müştərini döyərək öldürən şəxs məşhurların mühafizəçisi imiş - FOTO - VİDEO

Klubda müştərini döyərək öldürən şəxs məşhurların mühafizəçisi imiş - FOTO - VİDEO
1527baxış

 Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

Belə ki, “Berlin pub” klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.

Mediapress.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Orxan Şahbazov uzun illər fitness-məşqçisi kimi fəaliyyət göstərib.

 

O, sosial şəbəkələrdə kifayət qədər tanınır. O. Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi olub. Həmçinin Rusiyada yaşayan məşhur bloger Hüseyn Həsənovun Bakıya səfəri zamanı onun təhlükəsizliyinə cavabdeh olub.

 

Qətlə yetirilən Vüqar Mustafayev isə uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib.