\
25 Noyabr 2024 - Bazar ertəsi

43 yaşlı qadın özünü və 6 aylıq körpəsini yandırdı - Daşkəsəndə

43 yaşlı qadın özünü və 6 aylıq körpəsini yandırdı - Daşkəsəndə
1702baxış

Daşkəsəndə baş verən hadisənin intihar olduğu da ehtimal edilir.  APA-nın qərb bürosunun verdiyi məlumata görə, ilkin araşdırma zamanı rayonun Qabaqtəpə kənd sakini 1975-ci il təvəllüdlü Lətifə Həsənovanın intihar məqsədi ilə otağı yandırdığı və 6 aylıq körpəsi ilə birlikdə öldüyü məlum olub. 

Xatırladaq ki, dünən saat 18:00 radələrində kənd sakini, 1975-ci il təvəllüdlü Həsənova Lətifə Mürsəl qızı və onun 6 aylıq oğlu Əli İlqar oğlu Həsənovun yanmış meyitləri  yaşadıqları evdə aşkarlanıb. İlkin məlumata görə, qadın yataq otağının döşəməsində, uşaq isə beşikdə yanmış vəziyyətdə olub. 

Qeyd edək ki, kənddə Həsənovlar ailəsində ər arvadın mehriban olduqları və kiminləsə düşmənçilik etmədikləri bildirilir. Qətl törədilən gün qadının həyat yoldaşı Daşkəsən şəhərində olsa da, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları onu sorğu-sual edirlər. 

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.