\
25 Noyabr 2024 - Bazar ertəsi

Moskva polisi lotuların görüşünə imkan vermədi - Qırğız Lotu Əziz azərbaycanlı Lotu Qulinin 700 silahlısından qorxdu

Moskva polisi lotuların görüşünə imkan vermədi - Qırğız Lotu Əziz azərbaycanlı Lotu Qulinin 700 silahlısından qorxdu
1688baxış

Yeni il ərəfəsində Moskvada qanuni oğrular Nadir Səlifov (Lotu Quli) və Əziz Batukayev (Lotu Əziz)  arasında təsir dairələrini yenidən bölüşmək haqda görüş keçirilməli idi.  Rusiyanın “Praym Kraym” İnformasiya agentliyinin məlumatına görə, lotular mübahisə predmeti olan 3 Moskva bazarı ətrafında danışıq aparacaqdılar. Belə ki, Quli bu məsələni silah gücü ilə həll etməyə hazırlaşırdı və bunun üçün 700-dək tərəfdaşını silahlandırmışdı. Bundan ehtiyat edən Əziz onu təkbətək görüşə dəvət eləməli oldu. Lakin görüş Rusiya Xüsusi Xidmət Orqanlarının müdaxiləsi ilə baş tutmadı. Bu məsələ Əziz üçün gözənilməz problemlər yaratmış oldu. Belə ki, polislərin müdaxilə etdiyi görüşün təşkilatçısı məhz o idi. Ona görə də Əziz polislərə məlumat ötürmədiyini, kriminal aləmə məxsus olduğunu yenidən sübuta yetirməlidir. Bu isə olduqca çərin olacaq. 

Mediapress.az