\
27 Sentyabr 2024 - Cümə

Narkotik satan park gözətçisi həbs edildi - Foto

Narkotik satan park gözətçisi həbs edildi - Foto
1805baxış

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Akif Vəliyev saxlanılıb. Araşdırmalar zamanı onun rayon ərazisində gözətçi işlədiyi istirahət parklarından birində narkotik vasitə satması məlum olub. Əldə edilən maddi sübutlarla birlikdə A. Vəliyev istintaqa təhvil verilib.

Narkotik əldə etməkdə və saxlamaqda şübhəli bilinən Bayram Ələkbərov, Baxşəli Mürsəquov, Faiq Bağırov, Vüqar Sadıqov, Elşən Xudaverdiyev, Mehman Kərimov, Rövşən Məmmədxanov, Anar Atayevdən “heroin”, “marixuana”, “metamfetamin” və digər narkotik vasitələr aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.