Lotu Quli Türkiyədən BƏƏ-nə köçdü - İddia
1357
Lotu Quli ləqəbli qanuni oğru Nadir Səlifov Türkiyəni tərk edib.
Mediapress.az Rosbalt.ru-nun məlumatına əsasən xəbər verir ki, qəfil gediş qanuni oğru Giya Kutaisskinin qətli ilə əlaqədar Türkiyə polisinin başlatdığı cinayət işi ilə bağlı ola bilər. Moskvanın iki məhkəməsinin eyni vaxtda Nadir Səlifov barədə verdiyi qiyabi həbs qərarı da tələsik qərarın digər səbəbi ola bilər. Hələlik onun beynəlxalq axtarışa verilmədiyi bəllidir.
Xatırladaq ki, aprelin əvvəllərində Qayoza Zviadadze adlı (təxəllüsü: Giya Kutaisski) qanuni oğru gürcü həmkarı Roman Barbakadzenin qonağı olarkən Antalyada 3 maskalı killer tərəfindən qətlə yetirilib. Qətlin Lotu Qulinin adamları tərəfindən yerinə yetirildiyi ehtimal olunur.