\
25 Noyabr 2024 - Bazar ertəsi

Məşhur iş adamının xanımı məhkəmədə intihara cəhd etdi!

Məşhur iş adamının xanımı məhkəmədə intihara cəhd etdi!
1604baxış

“Qərəzli qərar çıxarılarsa, özümü yandıracağam!”

Ötən sayımızda qeyd etmişdik ki, Xəzər Rayon Məhkəməsində tanınmış iş adamı, istehsalat, kənd təsərrüfat, əyləncə, turizm sektoru üzrə fəaliyyət göstərən “Şahin” şirkətlər qrupunun prezidenti – Hüseynli Şahin Rabil oğlunun məhkəməsi gedir.

Bu gün davam edən məhkəmə prosesi daha qalmaqallı hadisə ilə yadda qaldı. Belə ki, çıxış üçün ayağa qalxan prokuror Nəriman müəllim dəmir barmaqlıqlar arxasında olan Şahin Hüseynlinin həbsi üçün 5 il təyin etdi. Lakin biznesmenin xanımı bu qərarla heç cür razılaşmadı. O, hisslərini cilovlaya bilməyib, prokuroru qərəzli ittiham irəli sürməkdə suçladı. Hələ bu azmış kimi, özü ilə gətirdiyi ülgüc (lezviya) ilə damarlarını doğradı!

Prosesdə iştirak edənlər müdaxilə etməsəydilər, F.Ə. daha kəskin yaralara məruz qalacaqdı.

“Mən bu işi belə qoymayacağam! Bütün lazımi instansiyalara şikayətlər yazmağa davam edəcəyəm!” – deyən F.Ə.-ni birtəhər sakitləşdirmək mümkün oldu.

Bu arada şahin Hüseynli də son dərəcə narahatçılıq keçirdiyindən söz istədi:

“Hörmətli hakimə xanım, siz də qadınsınız.  Xanımın nələr keçirdiyini bilərsiniz. . məni bağışlayıb. Biz barışmışıq. Burdan 3 ildən sonra da, 5 ildən sonra da çıxsam, yenə birlikdə həyatımıza davam edəcəyik. Biz kolleqayıq. Mən çox yaxşı bilirəm pərdəarxasında nələr baş verir. Ancaq mən bunlara heç vaxt müdaxilə etmərəm. Quranı tam oxuyub başa çatan insanam. Sizdən xahişim budur ki, əlinizi vicdanınıza qoyun və düzgün qərar verin.”

Xatırladaq ki, məhkəmə prosesi gələn ilin yanvar ayının 22-nə təxirə salındı.

Proses başa çatdıqdan sonra F.Ə. rəfiqələri və qohumları ilə birlikdə Xəzər rayonunda yerləşən 26 saylı Şəhər Birləşmiş Xəstəxanasına çatdırıldı. Və ona ilkin tibbi yardım göstərildi. Həkimin diaqnozundan bəlli oldu ki, damar zədələnib. Yaralara isə tikiş qoyuldu. Beləcə, hadisə aktlaşdırıldı.

Bununla belə. Ş.Hüseynlinin xanımı F.Ə. əgər məhkəmə heyətinin yenə də bu işə qərəzli mövqedən çıxış edəcəyi halda yenə də intihara əl atacağında israrlıdır.  

XATIRLATMA:

Ailədaxili mübahisə zəminində aldığı xəsarətlərə görə F.Ə. həyat yoldaşı Şahin Hüseynli haqda şikayət ərizəsi yazıb. Beləcə, “Şahin” şirkətlər qrupunun prezidenti haqda AR CM-nin 221.3. maddəsi ilə cinayət işi başlanıb. Və o, 24 oktyabr 2017-ci ildə cinayət törətməkdə şübhəli şəxs qismində tutulub.

İNTİHAR MƏKTUBU:

“... Artıq son qərarımı vermişəm. Sevdiyim insanın haqsız yerə tutulmağını görməkdənsə ölümü seçirəm. Bu məktubu yazmaqda məqsədim mən öldükdən sonra ölümümün günahkarları araşdırılsın və canımdan çox sevdiyim insan azadlığa çıxsın.

Ölümümün günahkarları, prokurorluq, və Xəzər Rayon Məhkəməsinin Hakimi Zeynəb Axundovadır!

P.S. Əlavə edək ki, Hüseynli Şahinin ölkənin bir sıra iri ranqlı məmurları ilə də yaxın qohumluq əlaqələrinə malik olduğu söylənilir. Bu istiqamətdə araşdırmalarımızı davam etdirik.

Hazırladı: Könül AYPARA