Azərbaycanda “Abu Cihad”ın məhkəməsi başladı
1687
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada İŞİD və digər terror qruplaşmalarının tərkibində döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı mayın 24-nə təyin edilib.
Qeyd edək ki, E. Məmmədov İŞİD terror təşkilatının sıralarında uzun müddət döyüşüb, "Abu Cihad” ləqəbi ilə tanınıb.
Həmçinin məlum olub ki, Eldəniz Məmmədov İnstagram-da İŞİD-çilər arasında populyar olan səhifəni idarə edib (APA).