Azərbaycanda istirahət günləri 182 cinayət faktı qeydə alındı - Rəsmi xronika
Həftə sonu şənbə və bazar günləri ərzində Azərbaycan ərazisində 182 cinayət hadisəsi qeydə alınıb. DİN-dən Mediapress.az-a verilən məlumata görə, ayrı-ayrı günlər üzrə kriminal xronika aşağıdakı kimi təsnif olunur.
12 may şənbə günü respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 86 cinayət faktı qeydə alınmış, onların da 20-si “isti izlər”lə açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 14 nəfər xəsarət almışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılmışdır.
13 may bazar günü respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 96 cinayət faktı qeydə alınmış, onların da 22-si “isti izlər”lə açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılmışdır.