\
25 Noyabr 2024 - Bazar ertəsi

Tanışlarına 500 min manat "atdı", məhkəmə bəraət verdi - Bakı Ağır Cinayətlər Məhkəməsində

Tanışlarına 500 min manat "atdı", məhkəmə bəraət verdi - Bakı Ağır Cinayətlər Məhkəməsində
1406baxış

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Firdovsi Səfərovun məhkəmə prosesi başa çatıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə vəkil müdafiə nitqi ilə çıxış edib.

F.Səfərovun vəkili Balabəy Məlikov müdafiə çıxışı edərək, hüquqlarını müdafiə etdiyi şəxsə bütün epizodlar üzrə bəraət verilməsini istəyib. 

F.Səfərov da sön söz deyib və əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməsini istəyib.

Sonra hökm oxunub. Hökmə əsasən, Firdovsi Səfərovun əməlində heç bir cinayət tərkibi olmadığı, ona verilən ittihamların sübuta yetirilmədiyi bildirilib və bəraət verilib.

Qeyd edək ki, Firdovsi Səfərov bir neçə tanışına Ukraynadan avtomobillərin istifadəsi üçün yağ və antifriz gətirərək iri topdan satış mərkəzlərinə satacağı adı ilə külli miqdarda dələduzluq edib.

İş üzrə 10-dan çox zərərçəkən var. Dəymiş ümumi ziyan yarım milyon manata yaxındır (APA).

Mediapress.az