\
25 Sentyabr 2024 - Çərşənbə

Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb

Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb
1405baxış

Qax rayonunda iki həftə əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

Qax rayonu Qaxbaş kənd sakini 57 yaşlı Abdulla Abdullayevin meyiti bu gün səhər saatlarında yaşadığı kəndin ərazisindəki su kanalında aşkarlanıb. Meyit müayinə edilmək üçün aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, 57 yaşlı Abdulla Abdullayev yanvarın 24-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.