\
25 Noyabr 2024 - Bazar ertəsi

Gömrük orqanlarının 200-dən çox əməkdaşı məsuliyyətə cəlb edilib

Gömrük orqanlarının 200-dən çox əməkdaşı məsuliyyətə cəlb edilib
1646baxış

Azərbaycanda korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində gömrük orqanlarının 10 əməkdaşının fəaliyyəti ilə bağlı sənədlər prokurorluq orqanlarına göndərilib.

Bunu Azərbaycan Dövlət Gömrük Komitəsininin Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov “Gömrük orqanlarının işində şəffaflıq və hesabatlılıq” mövzusunda ictimai müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, daha yeddi əməkdaşın fəaliyyəti ilə bağlı sənədlər DGK-nin istintaq idarəsinə yönəldilib:

“İntizam məsuliyyətinə peşəkar öhdəliklərinin icrası zamanı pozuntulara yol vermiş 209 gömrük əməkdaşı cəlb olunub. Onlardan 10 nəfəri gömrük orqanlarından uzaqlaşdırılıb, iki nəfər tutduğu vəzifədən azad edilib. Bir əməkdaşın vəzifəsi, beş nəfərin rütbəsi azaldılıb. Gömrük orqanlarının 47 əməkdaşına xəbərdarlıq və şiddətli töhmət verilib, 114 nəfər töhmət alıb, 30 nəfərə xəbərdarlıq edilib”.

Mediapress.az