\
25 Sentyabr 2024 - Çərşənbə

Sumqayıtda itkin düşən 16 yaşlı yeniyetmə tapılıb - FOTO

Sumqayıtda itkin düşən 16 yaşlı yeniyetmə tapılıb - FOTO
1410baxış

Ötən gün Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində itkin düşən yeniyetmə tapılıb.

Fevralın 4-ü 2006-cı il təvəllüdlü Ucal Təhməzov axşam saatlarında idman zalından çıxaraq, evə qayıtmayıb.
Bu hadisə ilə bağlı U.Təhməzovun atası Müslim Təhməzov Daxili İşlər Nazirliyinin 102 Qaynar Xəttinə zəng edərək oğlunun itkin düşdüyünü bildirib. Polis tərəfindən araşdırmaya başlanılıb

Müslim Təhməzovun APA-ya açıqlamasında bildirib ki, oğlu evə qayıdıb: "Oğlum idman zalından çıxıb. Üzərində vəsait olmadığına görə dostugilə gedib. Telefonuda evdə qalıb".