\
25 Sentyabr 2024 - Çərşənbə

Yevlaxda ər arvadını öldürüb, qohumunu yaralayıb

Yevlaxda ər arvadını öldürüb, qohumunu yaralayıb
1386baxış

Yevlaxda qətl hadisəsi baş verib.

Hadisə Yevlaxın Hacıselli kəndində qeydə alınıb. Kənd sakini Qarayev Mehdi Atakişi oğlu həyat yoldaşı, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qafar qızına odlu silahdan atəş açıb. Qadın yerindəcə keçinib. Hadisənin səbəbi hələlik məlum deyil.

Həyat yoldaşını qətlə yetirən Mehdi Qarayev, həmçinin qonşuluqda yaşayan və qohumluq əlaqəsi olan, 1959-cu il təvəllüdlü Qarayev İldırım Zirəddin oğlunu yaralayıb. Zirəddin Qarayev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yevlax şəhər Prokurorluğunda cinayət işi açılıb.

Məlumata görə, Mehdi Qarayev bir il əvvəl həyat yoldaşına balta ilə ağır xəsarətlər yetirib. O, bu əməli törətdikdən sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da, bir müddətdən sonra azadlığa çıxıb.